Nəyə görə çox içənlər siqaretə meyillidir?

  • 2023.07.06 22:47
  • 1054 Baxış
Nəyə görə çox içənlər siqaretə meyillidir?
Statistikaya görə, alkoqol içən insanların təxminən 80%-i eyni zamanda aktiv siqaret çəkənlərdir. İki toksin - nikotin və spirt - bir-birinin təsirini on qat artırır.


“Medicina” xəbər verir ki, psixiatr – norkoloq Vasiliy Şurovun sözlərinə görə, bu iki birləşmə zamanı orqanizmdə bunlar baş verir:


1. Etanol qan damarlarını genişləndirir və toxumaların hər hansı bir təsirə həssaslığını artırır, mədə mukozasını qıcıqlandırır.


2. Nikotin hüceyrələrə daha aktiv şəkildə nüfuz edir, sinir sistemini qıcıqlandırır, mədə şirəsinin ifrazını və mədə-bağırsaq hərəkətliliyini pozur. Əvvəllər spirtə məruz qalan orqanizm siqaret qatranını daha tez mənimsəyir. Bu insan ürəkbulanma, mədə ağrısı, ürək dərəcəsinin artması hiss edə bilər.


3. İçki içərkən siqaret çəkmək istehlak edilən spirtin dozasını artırır və asılılığın inkişafını sürətləndirir. Bunun səbəbi nikotinin alkoqolun yaratdığı yuxululuğu aradan qaldırması və insanın daha uzun müddət aktiv qalmasıdır.

4. Alkoqol və nikotinin eyni vaxtda udulması beynin həzz, mükafat sistemlərini işə salır və insan sanki içməkdən daha çox həzz alır.

5. San-Fransiskodakı Neyrodegenerativ Xəstəlikləri Görüntüləmə Mərkəzinin tədqiqatçıları da sübut ediblər ki, çox içki içənlər yaşlandıqca, koqnitiv zəifləmə riski ən yüksəkdir. Onların beyinləri daha tez qocalır.


Aynurə Məmmədova