Həkimlərin "ilan-qurbağa" xəttinin səbəbi– Qrafoloq açıqladı

  • 2024.01.26 17:46
  • 1501 Baxış
Həkimlərin "ilan-qurbağa" xəttinin səbəbi – Qrafoloq açıqladı


Həkimlərin qarmaqarışıq xətti həmişə xəstələri düşündürüb. Reseptdə yazılanları isə hətta əzcaçılar çətinliklə oxunur.


Bəzən zarafata çevrilən bu tendensiyanın elmi izahı var.

“Medicina” xəbər verir ki, qrafoloq, psixoloq Larisa Drıqval bu sindromun səbəbini açıqlayıb.

“Aydın olmayan, tez-tələsik yazmaq, qarışıq xətt müəyyən şəxsiyyət keyfiyyəti və başında həddən artıq çox informasiyanı tutması ilə əlaqədardır.
Tələsik yazmaq insanın dərin professional kompetensiyasının olmasını göstərə bilər.


Təmiz, aydın, kallioqrafik xətti biz səhvən sistemli düşüncə, səliqə və təhsilə bağlasaq da, əslində düzgün xətti olanlarda daxili tutum azdır, onlardsa düşünmə tezliyi də səthidir və onlar üçün xarici imic, görüntü daha vacibdir.


Həkimlər niyə qarışıq yazır: beyindəki çoxsaylı informasiyadan lazım olan çıxarıb yazanda beyin fərqli dalğalarda işləyir, bu zaman onun xəttə nəzarət etmə sistemi zəifləyir, əllər sxematik, xaotik işləyir. O dərəcədə ki, hərfləri tanımaq olmur. Ona görə yazıçı, həkim və alimlərin xətti çox zaman oxunmaz olur”.


Aygün