Nəyə görə hər gün al-əlvan rəngli qidalar yeyilməlidir? – Təsirləri

  • 2023.01.16 16:14
  • 1184 Baxış
Nəyə görə hər gün al-əlvan rəngli qidalar yeyilməlidir?  – Təsirləri

Gündəlik boşqabda qidaların rəngbərəng olmasına fikir vermək lazımdır.
“Medicina” xəbər verir ki, hər rəngin özünün bioloji aktiv maddəsi var.

Hansı rəng meyvə-tərəvəz nəyə xeyirlidir?

Qırmızı – xərçəng və artritdən qoruyur

Pomidor, qırmızı bibər, nar, çiyələk, alma və s. karotinoidlərlə zəngindir.
Güclü antioksidant olub, hüceyrələri oksidləşdirici stresdən qoruyur, sərbəst radikalları zərərsizləşdirir.
Oksidləşdirici proses xərçəng və artrit riskini artırır.

Yetişəndə qırmızı rəng alan tərəvəz və meyvələrdə astaksantin və likopin də var, onlar şiş hüceyrələrinin əmələ gəlməsinə qarşıdır.

Likopinin prostat, süd vəzi, mədə, ağciyər xərçəngindən qoruması elmi sübut olunub .
Bu qidalarda C vitamini də çoxdur.
Alimlər sübut edib ki, artriti olanlara çiyələk və vişnə yemək faydalıdır.

2. Narıncı rəng –təzyiqi salır, fertilliyi artırır

Sitrus meyvələri, kök, balqabaq, şaftalı, armud, heyva beta karotin, beta kriptoksantin və C vitamini ilə zəngindir.
Bu iki maddənin birgə təsiri təzyiqi salır. Antioksidantlar damarların daxili divarını zədələməkdən qoruyur. C vitamini bədəndən artıq maye və duzları çıxarır.

Bu rəngdə meyvə-tərəvəz kişi və qadınlarda reproduktiv orqanları qoruyur, fertilliyi artırır, sonsuzluqla mübarizə aparır.
70 min qadın üzərində aparılan tədqiqat göstərib ki, hər gün sitrus meyvələr yeyənlərdə endometrioz 22% azalıb, yumurtalıq xərçəngi riski düşüb.

3. Mavi, bənövşəyi rəngdə - beyin, yaddaş, intellekt üçün

Giləmeyvələr, böyürtkən, badımcan, reyhan beyini tanin, anrtosianin ilə təmin edir. Orqanizmdə iltihabi prosesi azaldır, qan dövranını yaxşılaşdırır. Beyinin qocalmasını 2 dəfə ləngidir.

4. Sarı – gözləri qoruyur

Ananas, limon, banan, qarğıdalı lütein tərkiblidir, gözün hüceyrələrini qoruyur.

5. Yaşıl rəng – bağırsaq və ürək üçün

Avokado, kələmlər, ispanaq, göyərtilər,yaşıl bibər ürək-damar xəstəlikləri riskini azaldır.
Çox miqdarda xlorofill damarları genəldir, təzyiqi salır, bağırsaqları təmizləyir.

Müntəzəm olaraq göy-göyərti yeyənlərdə iri damarların duzlaşması olmur, ürək xəstəlikləri az olur.

Aygün Musayeva