Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən yıxılıb

  • 2022.06.15 16:57
  • 3333 Baxış
Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən yıxılıb

Lənkəranda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Qala Xiyabanı küçəsinə beşmərtəbəli binada baş verib.

İki yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalardan birinə köçürülməsi gözlənilir.