Niderland kralı pnevmoniya üzündən ABŞ- a səfər edə bilmədi

  • 2022.09.02 17:01
  • 1350 Baxış
Niderland kralı pnevmoniya üzündən ABŞ- a səfər edə bilmədi

Niderland kralına okean üzərindən uçuş qadağan olunub.


"Medicina" xəbər verir ki, Villem-Aleksandr ABŞ-a planlaşdırılmış rəsmi səfərinə keçirdiyi pnevmoniya səbəbindən gedə bilməyəcək.
Həkimlər kralın səhhətindəki vəziyyətin səfərə uyğun olmadığını deyib.

O, hələ pnevmoniyadan sonrakı bərpa dövründədir.

Amma bu kralın ölkə daxilində vəzifəsini icra etməyə mane olmur.

Niderland nümayəndə heyəti ABŞ-da iqtisadi əlaqələri bərpa etmək məqsidilə gələn həftə səfər edəcəkdi.


Aygün Musayeva