Xalq artisti Nisə Qasımova 2 il əvvəl ilnsult olduğunu niyə gizlətdiyini açıqlayıb.
"Medicina" xəbər verir ki, "Xəzər axşamı" verilişində o, xəstəliyini bildirməmək üçün təkliyə çəkilib.
"Mediadan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum.
Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".
MEDİCİNA.AZ