Niyə boyuna ətir vurmaq olmaz?

  • 2024.03.05 11:00
  • 515 Baxış
Niyə boyuna ətir vurmaq olmaz?
Daha qalıcı olması üçün ətir adətən boyuna və biləklərə vurulur. Ancaq mütəxəssislər boyuna ətir vurmağın sağlamlıq üçün təhlükəli ola biləcəyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, Prof. Dr. Tamer Karşıdağ ətrin qalxanabənzər vəzin düyünlərinə mənfi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, boyuna ətir vurmaq qalxanabənzər vəzi düyünlərinin yaranmasının səbəbkarı deyil, ancaq ətirlərin tərkibindəki bəzi parabenlər xərçəngə səbəb ola bilir. Bu cür ətirlər qalxanabənzər vəzin funksiyasını poza bilər. Hamiləlik zamanı parabenlərə məruz qalmaq qalxanabənzər vəzinin disfunksiyasına və körpənin həddən artıq kök olmasına gətirib çıxara bilir.

Professor bütün bu təhlükələri nəzərə alaraq ətiri birbaşa dəriyə yox, geyimlərə vurmağı tövsiyə edib.

Gül