Normal həyatımıza nə vaxt qayıdacağıq? - Oksford professorundan açıqlamalar

  • 2020.10.15 11:06
  • 1198 Baxış
Normal həyatımıza nə vaxt qayıdacağıq? -  Oksford professorundan açıqlamalar
Dünyanın hər yerində koronavirusa yoluxma və ölüm sayları artmaqda davam edir. Oksfordun mütəxəssisi virusla bağlı önəmli açıqlamalar verib.

Medicina.az xəbər verir ki, Oksfordun koronovirus peyvəndi üzərində çalışmalar aparan qrup rəhbəri Endrü Pollard (Andrew Pollard) maskadan istifadə və sosial məsafənin iyul ayına kimi davam edəcəyini bildirib. Professor qeyd edib ki, peyvənd nümunələrinin uğurlu olması ilk etapda virusu azaltmayacaq. Həmçinin, peyvənd tez bir zamanda deyil, həftələr sonra satışa çıxacaq.