Norveçdə COVID-in təhlükəli yeni mutasiyası aşkar edildi

  • 2020.10.20 10:40
  • 963 Baxış
Norveçdə COVID-in təhlükəli yeni mutasiyası aşkar edildi

Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib.

Medicina.az xəbər verir ki, bu haqda "Verdens Gang” qəzeti Tronheym Tuve Resstad bələdiyyəsinin baş həkiminə istinadən yazıb.

16-18 oktyabr tarixlərində Tronheym şəhərində səkkiz yerli sakində yeni bir virus növü aşkar edilib. İlkin hesablamalara görə, bu, Səhiyyə Nazirliyinin Norveçdə əvvəllər görmədiyi virusun yeni variantıdır.

Qeyd edək ki, hələlik virusun mutasiyasının hansı xüsusiyyətlərə malik olduğu məlum deyil. Lakin Tronheymdə koronavirusa yoluxmağın çox asanlaşdığı qeyd olunur: bunun üçün insanlarla sıx təmasda olmaq belə vacib deyil.