Noxud xolesterolu azalda bilər

  • 2026.08.13 20:28
  • 94 Baxış
Noxud xolesterolu azalda bilər

Gündəlik bir stəkan, təxminən 130 qram bişmiş noxud yemək xolesterolu azaltmağa kömək edə bilər.

Medicina.az xəbər verir ki, Illinois Institute of Technology alimlərinin 72 prediabetli yetkin üzərində apardığı araşdırmada bu nəticə 12 həftəlik müşahidədən sonra qeydə alınıb.

Araşdırmada noxud yeyənlərin ümumi xolesterolu təxminən 200 mq/dL-dən 186 mq/dL-ə düşüb. Alimlər bunu noxudun tərkibindəki liflər, bitki sterolları, zülal, vitamin və minerallarla əlaqələndirirlər.

Mütəxəssislər noxudu salat, şorba və tərəvəz yeməklərinə əlavə etməyi, həmçinin sobada qovuraraq qəlyanaltı kimi istifadə etməyi məsləhət görürlər. Konservləşdirilmiş noxuddan istifadə edənlər isə əlavə duzu azaltmaq üçün onu yeməzdən əvvəl yaxalaya bilərlər.

Qeyd edək ki, noxud xolesterolu azaltmaq üçün dərmanı əvəz etmir.

Xanım,
Medicina.az