Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu

  • 2022.07.30 12:31
  • 3039 Baxış
Nyu-Yorkda meymunçiçəyinə görə  fövqəladə vəziyyət elan olundu
Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edilib.


Medicina.az xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Keti Hokul açıqlayıb.


Qubernator bildirib ki, ABŞ-dakı hər 4 yoluxmadan biri Nyu-Yorkda qeydə alınır.


Məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub.