Öd axınının pozulması zamanı nə baş verir?

  • 2023.06.02 18:31
  • 3301 Baxış
 Öd axınının pozulması zamanı nə baş verir?
Orqanizmdə öd kisəsi və şirəsinin əhəmiyyəti böyükdür.

- Qida ilə alınan yağların parçalanması və sorulmasını təmin edir
- Yağda həll olan vitaminlərin sorulmasını təmin edir
- Həzm olmuş maddələrin irəliləməsi üçün lazım olan selik əmələ gətirir
- Bioloji aktiv maddə ifraz edən bağırsaq vəzlərini aktivləşdirir
- Mədəaltı vəzin fermentlərini aktivləşdirir

- Bakterisid funksiya: mədə və bağırsaqda olan patogenləri məhv edir
- Mədədən qida ilə gələn turş pepsini neytrallaşdırır ki, nazik bağırsağın selikli qişasını zədələməsin
- Peristaltikanın yaxşılaşması: bağırsaq fəaliyyətini aktivləşdirib, qəbizliyi aradan qaldırır
-Bağırsaq fermentlərini aktivləşdirib, həzmi yaxşılaşdırır
-Detoksikasiya funksiyası –orqanizmdən işlənmiş maddələri xaric edir (xolesterin, bilirubin)

Normada öd bağırsağa ora qida gələndən sonra tökülür.

"Medicina" öd axınının pozulma səbəblərini təqdim edir:

  • Öd qatılığı, susuzlaşma
  • Çox soyuq su, içkilər, yemək
  • Öd kisəsində və öd yollarında iltihab
  • Qaraciyər xəstəlikləri (qaraciyər hüceyrələri ödemləşir və öd axını çətinləşir)
  • Anadangəlmə anatomik dəyişikliklər

  • Öd kisəsi və öd yollarında daşın əmələ gəlməsi
  • Çox oturmaq (qəbizlik, qan və limfa durğunluğu, varikoz...)
  • Statin qəbulu (XL azalır, öd sintezi zəifləyir)
  • Yağsız pəhriz (kisənin yığılmasını təmin edən XOLESİTOKİNİN hormonu nazik b-da yağlı yemək zamanı ifraz olur)
  • Zəif mədə turşuluğu
  • Xroniki stress (öd kisədə boşalmanın sinir tənzimini pozur)
  • Yuxu rejimini pozulması


Öd axını pozulmasının yaxın və uzaq nəticələri

Ağızda acılıq, dilin yanması, yeməkdən sonra köp
Dəri qaşınması, dəri quruluğu, üzdə ləkələr, akne
Selikli qişaların, dərinin sarımtıl olması
Dilin sarı-qəhvəyi ərplə örtülməsi

Sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı
Qəbizlik
Baş ağrıları, miqren
Əsəbilik, qıcıqlıq

Sızdıran bağırsaq
SIBO
Neyrodegenerativ xəstəliklər

Mioma, mastopatiya, endometrioz.
Xroniki, Autoimmun xəstəliklər
Skolioz və s.


Öd axınını yaxşılaşdırma yolları:

İsti suyun içilməsi (hər səhər və hər yem. 30 dəq. əvvəl 1-2 stəkan)
Fitoterapiya (ödqovucu çaylar - qarğıdalı saçağı, zəncirotu, solmazçiçəyi, Teaxolin)
Ədviyyatlar (sarıkök, zəncəfil, razyana..)
Acı dadlı maddələr (istiot, acıyovşan,..)
Qələvi xassəli Mineral sular
Ödçağırıcı qida - yağlı qida

Zeytun yağı+limon suyu qarışımı-ödü durulaşdırır, axını sürətləndirir: həm sərbəst, həm də yeməklərin tərkibində faydalıdır

Ödqovucu tərəvəzlər – kələm, avokado, sitruslar, göyərti-tərxun, vəzəri; çuğundur
İdman hərəkətləri (xüsusən yeməkdən 5 dəq. əvvəl)

Qarın massajı (hər axşam 5-7 dəq)
Yetərincə yuxu

Dübajlar (mineral su, maqnezium ilə), hidrokolon (parasimpatik SSnin aktivləşməsi-spazmın azalması)
Stress menecment və digər antistress tədbirlər:
Yoqa - Meditasiya –Dərin tənəffüs – və s.

Bioloji aktiv maddələr (Maqnezium, Taurin əlavələri)


Dərman preparatları: HEXACYL


Hexacyl –həzm və iltihab problemlərinin mükəmməl həllidir.

Preparatın komponentləri çox hədəfə yönəli olub, həzm prosesinin bir çox həlqəsinə təsir edi

- qaraciyər və öd yollarında iltihabı, durğunluğu aradan qaldırır (qəbizlik, meteorizm, sarı dəri)
- böyrəklər və öd vasitəsi ilə metabolitlərin çıxarılmasını aktivləşdirir.
- böyrəküstü vəzin funksional pozulmalarında tətbiq edilir (yorğunluq, gözaltı kölgələr)
- öd yolları, sidikçıxarıcı yollarda spazmı və iltihabı aradan qaldırırr

10 damcı preparatı 50 ml suda həll edib 2 dəfə yeməkdən əvvəl qəbul etmək – 1 ay