Öd kisəsi daşlarından qorunmaq üçün bunları için – Myasnikov

  • 2024.04.30 17:11
  • 623 Baxış
Öd kisəsi daşlarından qorunmaq üçün bunları için  – Myasnikov


Öd kisəsində daşların əmələ gəlməsinin qarşısını almaq üçün bir neçə faktor var.


“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov siyahıya birinci yerdə askorbin turşusunu qoyub.


“C vitaminli əlavələr öd kisəsini qoruma təsiri verir. Askorbin turşusu xolesterinin katabolizminə təsir edir, xolesterini öd turşusuna çevirir.
Məlumdur ki, kisədə daşlar xolesterin yığıntısından yaranır.


Eləcə də daş yaranmaması üçüm balıq yağı, Omeqa 3, qəhvə lazımdır.
Hər gün 2 fincan qəhvə içənlərdə öd daşı xəstəliyinə az rast gəlinib.

Eləcə də fiziki iş, idmanla məşğul olanlarda risk azalır.

Xolesterinə qarşı vaxtında statinlər içmək öd kisəsini daşlardan qoruyur”.


Aygün Musayeva