Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öd kisəsi tutmalarında nə etməli?

  • 2023.10.18 15:43
  • 1418 Baxış
Öd kisəsi tutmalarında  nə etməli?
Öd kisəsi qaraciyərdən fərqli olaraq tez ağrı hiss etdirən orqandır. Hətta kiçik daş, çöküntü və iltihabda da sağ qabırğaraltı ağrıya bilər.

"Medicina" xəbər verir ki, əgər öd kisəsində tutmalar kəskin və dözülməzdirsə, hətta ilk dəfə tutsa belə təcili yardım çağırmaq mütləqdir.


Əksər hallarda təcili əməliyyat tətbiq edilir.

Amma yüngül tutmalarda evdə özünüzə kömək edə bilərsiniz.



1 – Yun odeyal və ya isti “qrelka” – spazmı tez yüngülləşdirmək üçün ya plastik butulu qaynar su ilə doldurub dəsmala bükərək öd ətrafına qoymaq, ya da qrelkadan istifadə edə bilərsiz. Bu zaman ayaqlarınızı sinəyə doğu yığıb uzanın. Və yun yorğan, odeyalla bütün bel hissəni sarıyıb əyləşin. İsti təsir ağrını yüngülləşdirməlidir. İsti qoymaq 20 dəqiqə fasilə ilə edilməlidir.

2. Ağrıkəsici kimi no-şpa içə bilərsiz. Aspirin və ya ibuprofen olmaz, onlar mədəni qıcıqlandırır.

3. Bu tərəvəzlərdən ibarət şirəni için: çuğundur, kök, xiyar. Gündə 2 stəkan. Bunlar orqanizmi toksinlərdən təmizləyir və ödə yaxşı təsir edir.

4. Bitki dəmləməsi, çayı için: rozmarin, kalendula, çobanyastığı, nanə, zəncəfil və s.

5. Alma sirkəsi qatılmış ilıq su için. Alma sirkəsi dərhal öd kisə ağrısını kəsir.

Aygün Kazımova