Ötən ay 55,1 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb

  • 2020.11.13 12:49
  • 19271 Baxış
Ötən ay 55,1 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb

Bu ilin yanvar-oktyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 553,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32,8% və ya 139,3 mln. manat artıb. Təkcə oktyabr ayında isə əhaliyə 55,1 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.