Ölənlərin əksəriyyəti özünü evdə müalicə etməyə çalışanlardır - Ramin Bayramlı

  • 2020.05.15 17:54
  • 2172 Baxış
Ölənlərin əksəriyyəti özünü evdə müalicə etməyə çalışanlardır  - Ramin Bayramlı



“Ölənlərin arasında özünü evdə müalicə etmək istəyənlər olub”


“Vəfat edənlərin əksəriyyəti yanaşı xəstəliyi olan və evdə özünü müalicə etməyə çalışaraq xəstəxanaya müraciəti gecikdirmiş şəxslərdir”.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, onlarda olan məlumata əsasən, bir çox yerlərdə insanlar bunu adi soyuqdəymə xəstəliyi kimi müalicə etməyə çalışdıqları üçün gecikmələr olur və həmin mərhələdə artıq tibbi olaraq TƏBİB-in edə biləcəyi bir şey qalmır: “Buna görə də özündə simptomları hiss edən hər kəs həkimə, təcili tibbi yardıma müraciət etməlidir”.