Ölkədə QİÇS xəstələrinin sayı açıqlandı

  • 2020.11.05 17:41
  • 6584 Baxış
Ölkədə QİÇS xəstələrinin sayı açıqlandı

31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda İİV-infeksiyası aşkar olunmuş şəxslərdən 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan verilən məlumata görə, onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olub.