Ölkəmizdə QİÇS-i yayanlar əsasən homoseksuallardır - Rəsmi

  • 2019.10.26 10:15
  • 11275 Baxış
Ölkəmizdə QİÇS-i yayanlar əsasən homoseksuallardır -  Rəsmi

Azərbaycanda dəhşətli virusu yayanlar əsasən homoseksuallardır.


 


 


Səhiyyə Nazirliyi
QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında
2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9 faizi, ümumiliklə isə
1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının
41,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.


 


 


Medicina.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata əsasən, ümumilikdə
1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə,
inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3 faiz)
dispanser qeydiyyatına götürülüb.


 


 


Eyni zamanda ölkədə İİV-ə narkomanların yeni
yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında
İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9 faiz) nəfəri inyeksion
narkotik istifadəçisi olub.


 


 


Ekspertlər əslində 524 rəqəminin heç də böyük
statistika olmadığını desələr də, hər halda, əhalisinin sayına görə böyük
olmayan ölkəmizdə 9 ay ərzində bu qədər şəxsdə İİV virusunun aşkarlanması
insanlar arasında qorxu yaradır. Məlum olduğu kimi, bu tip xəstəliklər əsasən
2015-ci ildən nikaha daxil olan şəxslərin icbari tibbi müayinəsi zamanı
aşkarlanmaqdadır. Bəzi ucqar bölgələrdə rəsmi nikaha düşməyən yeni ailələri də
nəzərə alsaq, mövcud rəqəmin daha çox olduğunu demək olar. Ekspertlər qeyd edir
ki, QİÇS-ə yoluxanlar əsasən narkotik istifadəçiləridir. Xəstəliyə yoluxanların
da əksəriyyəti Bakı şəhərində aşkarlanır. Bölgələrdən isə daha çox Masallı,
Lənkəran, Göyçay, Astara kimi rayonlarında aşkarlanır.


 


 


 


Məlumat üçün bildirək ki, QİÇS xəstəliyinin
nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır - yəni Human
İmmunodeficiency Virus - İnsan İmmunçatışmazlıq Virusu. QİÇS isə bu
infeksiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir
əlamətdir. Lakin infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına
QİÇS deyildiyi üçün bu xəstəliyin adlandırılmasında bu termindən istifadə
olunur. Məlumata görə, xəstəlik ötən əsrin 50-ci illərində Mərkəzi Afrikada
başlayıb və yeni mutant virus yerli əhaliyə meymunlardan keçib. Afrikadan isə
xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır.
ABŞ-da bu xəstəlik ilk dəfə 1981-ci ildə homoseksuallar arasında aşkar edilib.


 


 


Ölkəmizdə bu xəstəlik ilk dəfə 1987-ci ildə
aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər mərkəzdə
6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı
qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin sayı isə
1076 nəfər olub.


 


 


 


Azərbaycanda ilk dəfə olaraq 2006-cı ildən
etibarən bu xəstəliyə yoluxmuş insanlar pulsuz qaydada müalicə ala bilir.
Müalicə isə çox bahalıdır və dəyəri təxminən aylıq 1000-1200 dollar arasında
dəyişməkdədir. Bir çox ölkələr, xüsusən də Avropa ölkələri bu müalicəni dövlət
hesabına və ya icbari sığorta hesabına aparır. 2006-cı ildən əvvəl isə bu cür
şərait olmadığından virusa yoluxmuş şəxslərdə immunitet sıfıra düşürdü və şəxs
dünyasını dəyişirdi. Amma indi preparatların sayəsində qanda olan virusun tam
məhv olunmasa da, dərəcəsi xeyli aşağı düşür. Hətta virus cinsi orqan
yollarında, spermada aşkarlanmır.


 


 


Ümumiyyətlə isə
QİÇS-in müalicəsi üçün məlum bir dərman mövcud deyil, elmi baxımdan HIV
virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə HIV virusu ehtiva edən
hüceyrələrin müdafiə mexanizmi vasitəsilə virusun müəyyən olunub yox edilməsinə
imkan verir.


 


 


 


 


Onu da əlavə edək ki, yeni qan testləri
sayəsində 10-15 dəqiqə ərzində orqanizmdə virusun olub-olmaması məlum olur. Bu
da virusun aşkarlanmasını daha da asanlaşdırır. İstənilən şəxs pulsuz, istəkdən
asılı olaraq anonim şəkildə bu testdən keçə bilər.


 


 


Bəs virusun ölkəmizdə yayılma səbəbləri
hansılardır? Daha çox kimlər bu virusa yoluxa bilər?


 


 


Bəzi ekspertlər qeyd edir ki, bu virus daha çox
qonşu ölkələrdən Azərbaycana keçməkdədir. Məsələn, hazırda 1 milyon QİÇS virusu
daşıyıcısı olan Rusiyaya il ərzində çoxlu sayda azərbaycanlı gedib-gəlir ki, bu
da virusun yayılma riskini xeyli artırır. Həmçinin qonşu Gürcüstanda da son
illərdə bu virusun aşkarlanma statistikasında böyük artım var. Rəsmi məlumata
görə, təkcə paytaxt Tiflisdə 2842 nəfər bu virusun daşıyıcısıdır.


 


 


 


Afət Nəzərli yeni
yoluxanların sayında artım olmadığını dedi: "Artıq 5 il
ərzində yeni yoluxan insanların sayında artım müşahidə olunmur. Doğrudur ki,
bir çox halda icbari tibbi müayinə zamanı aşkarlanır. Olur ki, cütlüklər
illərdir ki, qeyri-rəsmi yaşayırlar, uşaqları var, nikaha girmirlər. Lakin
sonradan sənədlə bağlı rəsmi nikah tələb olunduqda müayinə zamanı artıq
onlarda bu virus aşkarlanır. Beləliklə, bir daha qeyd edim ki, ölkəmizdə İİV
virusuna yoluxanların sayında artım müşahidə olunmur. 5 ildir ki, bu məsələ
eyni mərhələdə qalır”.


 


 


Qurum əməkdaşı virusun
yayılma risklərindən də söz açıb: "Hələ ki
əsasən heteroseksual, yəni cinsi yolla keçmə üstünlük təşkil edir. Belə ki,
virus daşıyıcılarının 47,15 faizi heteroseksual yolu ilə, 41 faizi narkotik
maddələrdən inyeksion istifadə ilə bu xəstəliyə yoluxub.


 


 


9 ay ərzində uşaqların bu virusa yoluxma halı
baş verməyib. O ki qaldı virusun qonşu ölkələrdən bizə daşınmasına, bildirim
ki, Gürcüstanda da artım yoxdur, sadəcə, aşkarlanma çoxalıb. Şərqi Avropa
regionunda isə həm aşkarlanma, həm də artım var. Ona görə ki, əvvəllər
müayinələr bu qədər aparılmırdı, hansı ki, indi qan testləri ilə 15-20
dəqiqə ərzində virusu aşkarlamaq olur.


 


 


Azərbaycanda son zamanlar homoseksualların
artması müşahidə olunur, hansı ki, virusu daha çox onlar yayır. Həmin
homoseksuallar isə Türkiyəyə gedib-gələnlərdir".


 


Ölkəmizdə QİÇS-i yayanlar əsasən homoseksuallardır -  Rəsmi