"Ölü omba" sindromu- Oturaq işdə çalışanların başı dərddə

  • 2021.02.05 16:10
  • 2115 Baxış
"Ölü omba" sindromu - Oturaq işdə çalışanların başı dərddə

Kompyuter arxasında uzun müddət oturmağın zərərlərini illərdir mütəxəssislər qeyd edirlər.

Medicina xəbər verir ki, mütəxəssislər uzun müddət oturmanın "ölü omba" sindromuna yol açdığını da vurğulayır.



Metabolizma 30 dəqiqəlik oturma müddətindən sonra 50 faiz daha yavaş işləməyə başlayır. Buna görə də çox oturmaq yağlanmaya və çəki artmasına səbəb ola bilər. Məşğur məşqçi Donovan Green uzun müddət oturmağın qan axışını yavaşlatdığını, omba amneziyasına səbəb olduğunu, əzələ və sümük rahatsızlıqlarına yol açdığını deyərək, gün ərzində çoxlu hərəkət etməli olduğumuzu bildirir.
Bədəni yağlandırır

Oturan insan ayaqda durana 2.-3, gəzənə isə 5-10 dəfə artıq enerji sərf edir. Qısacası, uzun müddət oturmaq insanı yorur, tənbəlləşdirir, yağlandırır.

Ürək problemlərinə yol açır

Uzun müddət oturmaq ürək xəstəliklərini 50-80 faiz artırır.

Xərçəng riski

Uzun müddət oturanlarda bağırsaq, südvəzi, prostat, yumurtalıq xərçənginə yoluxma riski daha çoxdur. Bunun səbəbi artan insulin səbəbi ilə çoxalan hüceyrələrin böyüməsidir.

Əzələ, sümük problemi

Həyatını oturmaqla keçirənlər qocaldıqda daha çox hərəkət məhdudiyyəti, yıxılma riski, sümük qırıntısı kimi hallarla rastlaşa bilər.

Ölü omba sindromu

Amerikada çox oturmağa görə meydana gələn ölü omba sindromu yalnız xəstəliklərə yol açmır, bədənin görüntüsünü də pozur. Çünki uzun saatlarla oturmaq “gluteus medius” adlı əzələnin məhv olmasını sürətləndirir. Bundan qorunmaq üçün saatbaşı ən azı 10 dəqiqə ayağa qalxıb gəzmək və hərəkət etmək kifayətdir.