Ölülərlə danışa biləcəyik - Amerikalı fizikdən şok iddia

  • 16 İyn 2022 14:40
  • 2363 Baxış
Ölülərlə danışa biləcəyik  - Amerikalı fizikdən şok iddia

2077-ci ildə ölülərlə danışmaq mümkün olacaq.


Bakupost.az xəbər verir ki, belə iddia ilə Nyu-York Şəhər Kollecində işləyən fizik-həkim Miçio Kaku deyib.

O, 2077-ci ildə həyata keçiriləcək yeni tətbiq sayəsində insanların simulyasiya vasitəsilə ölən yaxınları və tarixdəki insanlarla söhbət edə biləcəklərini söyləyib.

Dr. Michio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü insanların əksi ilə ünsiyyət qura biləcəklər. Kaku ölü insanların simulyasiya olaraq canlı insanın qarşısına çıxacağını və qarşısındakı şəxslə danışacaqlarını bildirib.


Fəridə
Baku Post