Ölüm riskini azaldan xüsusi pəhriz

  • 2023.05.11 16:19
  • 1665 Baxış
Ölüm riskini azaldan xüsusi pəhriz
Pəhriz saxlamaq təkcə çəki azaltmağa kömək etmir, həm də ömrü uzada bilər.

370 mindən çox insan üzərində aparılan araşdırma, az yağlı pəhrizə riayət edənlərin daha uzun ömür sürdüyünü göstərib.

“Medicina” xəbər veri ki, həkim – diyetoloq Vasilisa Panamaryovanın sözlərinə görə, ömrü uzadan pəhriz az yağlı, bitki zülalı ilə zəngin, doymuş yağlardan uzaq, yüksək keyfiyyətli karbohidratlarla bol olan pəhrizdir.

“Sağlam, az yağlı pəhrizə əməl edənlərdə ölüm riski 18% aşağıdır. Belə pəhriz uzun ömrün açarıdır.

Alimlər həmçinin sağlam, aşağı karbohidratlı pəhrizlə qeyri-sağlam aşağı karbohidratlı pəhrizi müqayisə ediblər, ikisi arasında ölüm nisbətinin bir qədər aşağı olduğunu müəyyən ediblər.

Az yağlı yemək orta yaşlı insanların ömrünü uzadır.

Sağlam az yağlı pəhriz üçün doymuş yağların qəbulunu azaltmalı və yüksək keyfiyyətli karbohidratlar, bitki mənşəli zülalların qəbulunu artırmalısınız. Doymuş yağlara kərə yağı, piy, yağ, yağlı ət və pendir kimi qidalar aiddir”.

Aynurə Məmmədova