Ölümcül virus bu heyvandan yoluxub -FOTO

  • 2020.02.07 15:02
  • 7322 Baxış
Ölümcül virus bu heyvandan yoluxub - FOTO
Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir.

Bu iddia ilə Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri çıxış ediblər.


Medicina.az Report-a istinadən xəbər verir ki, onlar hesab edirlər ki, satışına qadağa qoyulmuş heyvan potensial virus daşıyıcısı ola bilər: “Bu kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, panqolinin dərisinin üzərindəki pullar və əti satışı qadağan edilsə də, qeyri-qanuni yollarla satışı mövcuddur. Ötən il nəsli kəsilən növlər siyahısına daxil edilən 100 mindən çox panqolinin ovlandığı qeyd olunub. Heyvanın boyu 30 sm-lə 1 metr arasında dəyişir.