Ölümsüzlük ədviyyatı elan olundu

  • 2022.12.19 18:02
  • 2182 Baxış
Ölümsüzlük ədviyyatı elan olundu

C və E vitaminlərindən 5-8 dəfə daha təsirli və 300-dən çox qida maddəsi ilə zəngin olan sarıkökü ən güclü ədviyyat adlandırmaq olar. Bundan əlavə, ədviyyatın tərkibindəki kurkumin infeksiyalara qarşı mübarizədə kömək edir.

"Medicina" xəbər verir ki, bu barədə Tayvanın "foodmews" portalı məlumat yayıb.

"Kurkuminin artrit, allergiya, astma, ateroskleroz, ürək xəstəliyi, Alzheymer xəstəliyi, diabet və xərçəngə qarşı faydalıdır, həm də qismən immuniteti tənzimləmək qabiliyyətinə malikdir", - deyə tədqiqatçılar əlavə edib.

Ədviyyat sümük və oynaq xəstəliklərində də faydalıdır. Osteoporoz riskini azaldır və yeməklərdə tez-tez istifadə edildikdə analjezik təsir göstərə bilər. Eksperimentin müəllifləri maddənin könüllülərdə beynin işini yaxşılaşdırdığını və yaddaşı möhkəmləndirdiyini müəyyən ediblər. Nəşr bildirib ki, kurkumininin beyni neyrodegenerasiyadan qoruduğu sübut olunub. /publika.az/