Onkologiyanın bir səbəbi tibbi radiasiyadır – Rentgen və KT statistikanı artırır

  • 2024.01.26 20:47
  • 1107 Baxış
Onkologiyanın bir səbəbi tibbi radiasiyadır  – Rentgen və KT statistikanı artırır

Tibbi radiasiya artıq bütün ölkələrdə ildən-ilə artır. Belə ki, Amerikada 1980-ci illə müqayisədə 2016-cı ildə radiasion diaqnostikadan keçən pasiyentlərin sayı 6-7 dəfə artıb.

Radiasion müayinə metodları rentgen, KT və MRT-dir.


“Medicina” xəbər verir ki, diaqnostik prosedurlar zamanı pasiyentlər radiasiya dozası alır.


Təkcə 2016-cı ildə ölkədə 380 milyon radioloji prosedur aparılıb ki, onlardan 18 milyonu nüvə təbabəti olub. Bu metod onkoloji xəstələrin açıq radioaktiv maddələr almasıdır.


1990-cı illərə qədər amerikalar 15% doza radiasiyanı tibbi cihazlardan alıb, qalan faiz ətraf mühitdən olub. İndi isə 60% tibbi radiasiyadan alınır. Son 20 ildə tibbi radiasiyanın artma faizi 500%-dir. Məhz tibbi radiasiya bütün növ şüalanmaları geridə qoyub.

Tibbi radiasiya həm də tənzimlənməyən sahədir. İnsanın hansı dozada şüalanması müalicə həkimi və xəstəxanadakı radioloqdan asılıdır.

Amma hazırda bu nəzarət olunmaz səviyyədədir.

ABŞ alimlərinin məruzələrində bildirilir ki, bütün onkoloji xəstələrin 2%-i tibbi radiasiyanın payına düşür. Amma bu faiz şübhəlidir, çox güman ki, daha artıqdır.

Nəzərə alsaq ki, pandemiya dövründə bütün ölkələrdə kütləvi rentgen və KT müayinələri aparılıb, insanlarn tibbi radiasiyaya məruz qalması daha da artdı.


Aygün Musayeva