Onkoloji və skleroz xəstələri pensiya alacaq

  • 2022.06.28 18:06
  • 3652 Baxış
Onkoloji və skleroz xəstələri pensiya alacaq

Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası alacaq.


Medicina.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.


“Onkoloji yardım haqqında” qanuna əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var.