Onkoloji xəstə olan Vidadi Muradov təcridxanaya qaytarıldı

  • 2021.10.07 11:50
  • 1164 Baxış
Onkoloji xəstə olan Vidadi Muradov  təcridxanaya qaytarıldı
Bir neçə gün əvvəl Milli Onkologiya Mərkəzinə köçürülən "Azərxalça" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradov təcridxanaya qaytarılıb.

Bakupost.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov xəstəxanada bir neçə gün müayinələrdən keçib.

Hazırda Pentensiar Xidmətin təcridxanasına qaytarılan V. Muradovun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə oktyabrın 4-ə keçirilməli olan proses təqsirləndirilən şəxsin vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınmışdı.