Gəncədə onkoloji xəstə olan 17 yaşlı qız xəstəxanada ölüb.
"Medicina" xəbər verir ki, 2008-ci il təvəllüdlü G.Vəliyeva ağır vəziyyətdə Gəncədə fəaliyyət göstərən xəstəxanaların birinə çatdırılıb.
Həkimlərin tibbi yardımına baxmayaraq, gənc qız dünyasını dəyişib.
Məlumata görə o, 3 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.