Onkoloji xəstələrə də koronavirus peyvəndi vurulacaq – SİYAHI

  • 2020.09.21 18:27
  • 1920 Baxış
Onkoloji xəstələrə də koronavirus peyvəndi vurulacaq    – SİYAHI

Koronavirus peyvəndinin tətbiqinə yaxınlaşdıqca bir çoxları kimlərin bu vaksindən kənar qalacağı barədə düşünür. Bəlkə mənə bu peyvənd olmaz, bəlkə mənə əks göstərişdir.


Medicina.az xəbər verir ki, mütəxəssislər yeni vaksinin yalnız birincili və anadangəlmə immun defisiti olan xəstələrə vurulmayacağını bildirib.


Rusiyanın akademiki Aleksandr Karaulov peyvənddən heç kimin yaxa qurtara bilməyəcəyini deyib:


“Birincili kəskin immun defisiti olan insanlardan başqa, hətta revmatoloji, autoimmun, onkoloji xəstəlikləri olanlara da bu əks göstəriş deyil, əksinə vacibdir.


Yeni koronavirusun təhlili, həlli sonu görünməyən bir prosesdir. Hələ bizim vaksin 3-cü mərhələdədir. İndi dünyada 100ə yaxın vaksin üzərində iş gedir”.