Onkoloji xəstələrə Vitamin C ümidi - Damara vurulduqda...

  • 2017.08.16 16:14
  • 17428 Baxış
Onkoloji xəstələrə Vitamin C ümidi -  Damara vurulduqda...
Keçən əsrin 70-ci illərində amerikalı kimyaçı alim, 2 dəfə Nobel mükafatı laureatı Laynus Polinq onkoloji xəstəliklərin terapiyasında venadaxili yüksəkdozalı vitamin C-nin tətbiqi zamanı müalicə effektinin xeyli yaxşılaşdığını bildirib.


Medicina.az xəbər verir ki, 2009-cu ildə ABŞ milli sağlamlıq institutunun əməkdaşı Mark Levin və həmkarları da bu məlumatın doğruluğunu sübuta yetiriblər. Vitamin C-nin şiş hüceyrəsinə daxil olması çox miqdarda peroksidin yaranmasına səbəb olaraq o hüceyrəni məhv edir. Şişlə əlaqəli oksidativ stress onkoloji pasiyentlərdə əlavə olaraq cərrahi müdaxilə, kimya və radioterapiya nəticəsində daha da ağırlaşır. Hazırda oksidativ stresi aradan qaldırmaq üçün istifadə edilən ən zəngin elmi sübutu olan antioksidant-yüksəkdozalı vitamin C-dir (L-ascorbat).


Yüksəkdozalı vitamin C-nin (L-ascorbat) infuzion terapiyası onkoloji xəstələrdə fiziki, emosional, koqnitiv funksiyaları yaxşılaşdırır, həmçinin, yorğunluq, ürəkbulanma, qusma, ağrılar xeyli azalır, iştahın yaxşılaşması qeyd olunur. Beləliklə də, pasiyentlərin həyat keyfiyyəti yaxşılaşır.


Yüksəkdozalı Vitamin C ilə pilləli terapiya:


7,5 q Vitamin C – həftədə 1 dəfə v/d, bir saat ərzində


I həftə 7,5 q Vitamin C + 100 ml NaCl


II həftə 15,0 q Vitamin C + 250 ml NaCl


III həftə 22,5 q Vitamin C + 500 ml NaCl


IV həftə 30,0 q Vitamin C + 500 ml NaCl


V həftə 37,5 q Vitamin C + 500 ml NaCl


VI həftə 45,0 q Vitamin C + 500 ml NaCl


VII və növbəti həftələr- 52,5 q Vitamin C + 500 ml NaCl


52,2 q Vitamin C saxlayıcı dozadır. Müalicə 3 ay davam edir


Yüksəkdozalı Vitamin C ilə şok terapiya


Gün ərzində hər 6 saatdan bir 22,5 q. vitamin C (cəmi 100 q/gün)


Vitamin C infuziyası şüa terapiyasından əvvəl və ya sonra təyin olunur, hər dəfə 24 saatdan az olmayan fasilə edilir.


Kimyaterapiyadan əvvəl və sonra 24 saatdan az olmayan fasilə edilir.


Qeyd edək ki, bu müalicə üsulu hazırda Biloloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.


Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110


Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89