Onkoloji xəstəliyi 9 əlamətə görə - tanımaq olar

  • 2023.07.28 14:19
  • 3071 Baxış
Onkoloji xəstəliyi  9 əlamətə görə    -  tanımaq olar
Onkoloji xəstəlikliklərin yaranmasına əsas səbəblərdən biri də zərərli qidalanmadır.



“Medicina” xəbər verir ki, qidalanma pozulduqda orqanizmdə infeksiyalar yaranmağa başlayır. Xroniki ilthabi proseslərin yaranması nəticəsində bu xəstəliyin inkşaf riski daha da artır. Həmçinin mutasiyaya uğrayan hüceyrələrin tanınması sistemində ciddi nasazlıqlar və pozulmalar olarsa, gec-tez onkoloji problemlərə gətirib çıxardacaq.


1. Keçməyən baş ağrıları. Analgetik və ya digər ağrıkəsici dərmanlar içməyinizə baxmayaraq, güclü baş ağrıları davam edir.

2. Xalların və nevusların sayının artması, fibromanın ilk əlamətləri, lipoma - polilipomatoz xəstəliklərin inkşafından xəbər verə bilər.

3. Heç bir şeylə əlaqəli olmayan bədən istiliyinin artması (subfebril qızdırma) Bədən istiliyinin yüksəlməsinə müəyyən zülallar - pirogenlər səbəb olur. Onlar bədənə xarici mühitdən daxil ola bilər və ya onun daxilində özbaşına əmələ gələ bilər. Bu zülalların hipotalamusla əlaqəsi var, immunitet sistemini aktivləşdirir və insanın ümumi rifahına təsir göstərir.

4. Öskürən zaman qan ifrazı - Yuxarı tənəffüs yollarının infeksiyaları və viral bronxit kimi bir çox yüngül tənəffüs yolu infeksiyalarında qanlı bəlğəm tez-tez rast gəlinir. Bəzən səbəb boğazdan aşağı axan və sonra öskürən burun qanıdır. Belə qanaxma hemoptizi hesab edilmir.

5. Dərinin rənginin dəyişməsi, göz altındakı dairələr. Gözlər altında qara dairələr və qançırlar əmələ gətirən bir çox səbəb var: dəri piqmentasiyasının irsi xüsusiyyətləri, zəif yuxu, allergiya, göz qapaqlarının iltihabı və ürək, böyrək, böyrəküstü vəzi, qalxanabənzər vəz xəstəlikləri. Çox vaxt onlar dərinin struktur xüsusiyyətləri və ya piqmentin paylanması ilə əlaqələndirilir.

6. İnsandan müəyyən bir qoxunun gəlməsi. Normalda dərinin səthində yaşayan, tərin zülal və yağlı komponentləri ilə qidalanaraq, bu üzvi maddələri doymamış yağ turşularına və ammonyaka parçalayan bakteriyalardan müəyyən bir ətir meydana çıxır.

7. Leykositlərin sayının azalması. Leykopeniya qanda leykosirlərin normadan aşağı, 4 × 109 U / l-dən az azalması ilə özünü göstərən bir patologiyadır. Bu təhlükəlidir, çünki insan orqanizmini yoluxucu xəstəliklərə qarşı müdafiəsiz edir, buna görə də mütləq müalicə tələb edir.

8. Səbəbsiz kəskin arıqlama. Həddindən artıq az yemək, əzələ kütləsinin itirilməsi, hipertoniya, mədədə göynəmələr və mədə ağrıları səbəbindən arıqlamaq mümükündür. Bunlar orqanizmdəki infeksiyalardan xəbər verir. Xəstəlik xronikləşdikdə, xərçəng riski artır.

9. Yorğunluğun artması. Stress, iş yerində həddindən artıq yuxululuq və.s yorğunluğun səbəbsiz yerə artmasıdır. Bu yorğunluq xronikləşdikdə, orqanizmdə xərçəng hüceyrələrinin aktivləşməsinə gətirib çıxarır.

Günay Quluzadə