Onkoloji xəstəliyin öz qoxusu var – Özünü yoxla

  • 2020.10.19 17:39
  • 1229 Baxış
Onkoloji xəstəliyin öz qoxusu var  – Özünü yoxla

Bir çox xəstəliklər zamanı bədənin spesifik qoxusu olur. Necə ki, xəstəxanadan xəstəxana qoxusu gəlir.


Medicina.az xəbər verir ki, rusiyalı həkim İrina Skoroqudayeva insanın təri ilə dərisindən gələn qoxuya görə onun onkoloji xəstə olub –olmamasını da bilmək olar.

Mütəxəssis izah edib ki, onkoloji xəstəliklər zamanı, xüsusən I, II mərhələdə insanın tərindən sanki təzə olmayan, qaxsımış çiy ət iyi gəlir.

Böyrək və qaraciyər xəstəlikləri zamanı isə ammiak iyi gəlir.

Diabet xəstələrindən aseton qoxusu gəlir.