Onkoloq beyin şişinin 2 fərqli əlamətini açdı

  • 2024.02.01 19:27
  • 1061 Baxış
Onkoloq beyin şişinin 2 fərqli əlamətini     açdı
Mərkəzi sinir sisteminə təsir edən şişlər beynin tükənməsinə səbəb olur, bəzi psixi pozulmalar yaradır.


“Medicina” xəbər verir ki, onkoloq Anton İvanov beyin şişinin psixi simptomlarını açıqlayıb:

“Baş beynin şişinin böyüklüyü və onun strukturuna təsirindən asılı olaraq, sinir sisteminə təsiri baş verir. Bu zaman xəstədə həddən artıq təşvişlik, oyanıqlıq, depressiya ola bilər.


Eləcə də naş gicəllənmə və baş ağrıları olur. Hipofizin şişlərində psixi, görmə, diensefal pozuntular olur.

Nevrinomalarda hipotoniya, ataksiya, əsmə, sözləri fərqləndirə bilməmək, burunun hiperteziyası baş verir.


Dİgər orqanlardakı xərçəng baş beyinə metastaz verdikdə də, xəstədə asteniya, tükənmə, çox yüksək təşviş olur.

Bu sinir sisteminin tükənməsi, beynin qidalı maddələrdən məhrum olması səbəbindəndir.


Düzdür çox zaman depressiyalı xəstələr beynini MRT etdirib, şiş axtarır, lakin heç bir şey çıxmır. Bu əlamətlərə görə beyin şişindən həkim şübhələnə bilər”.

Aygün Musayeva