Öpüşlə xərçəng ötürülə bilərmi? – CAVAB

  • 2023.12.19 21:07
  • 966 Baxış
Öpüşlə xərçəng ötürülə bilərmi?  – CAVAB

Bir çox insanlar öpüşməklə digər insanda olan hansısa xərçəng növünün yoluxmasından narahatdır. Bəzi növlər var ki, bu təmasla keçə bilər.


“Medicina” xəbər verir ki, onkocərrah Anton İvanov boğaz, qırtlaq xərçənginin mümkün ötürülməsindən danışıb.

“Bu xərçəng növü insan papiloması virusunun aktivləşməsi səbəbindən yaranır. Bu virus cinsi yolla ötürülür.

Badamcıq xərçəngi son zamanlar orta yaşlı insanlarda çox aşkar olunur. Çünki son illər VİÇ və papilomma çox yayılır.

Papilomanın bəzi növləri xüsusən qadınlarda xərçəng törədir.

Bu virusa yoluxmaq çox asandır. Adətən oral seks və öpüşlə virus daşıyıcısı olan insandan digərinə keçir. Bu baxımdan boğaz, badamcıq, udlaq xərçəngi öpüşdən qaynaqlana bilər.

Amma insanda papiloma olması, onun mütləq xərçəng olacağını göstərmir. Virusu aktivləşdirən kanserogen faktorlar var. Məsələn, zərərli iş, tütün, alkoqol və s.

Boğaz, udlaq xərçənginin əlaməti:

- Boğazda ağrı, udqunmada çətinlik
- Boğazda sanki düyün
- Boyunda şişkinlik, bərkimə
- Tüpürcəkdə qan izi
- Limfa düyünləri böyüməsi
- Səsdə xırıltı

Aygün Musayeva