Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir

  • 2024.01.22 20:10
  • 676 Baxış
Orqanizmdə qəhvə çoxluğu ürəyi  məhv edir

Ürək-damar sistemini sıradan çıxaran faktorlar çoxdur və həkimlər hər dəfə birini artırır.


“Medicina” xəbər verir ki, kardioloq Zaur Şuquşev ən birinci zərərin siqaret olduğunu bildirib.

“Siqaretdə olan tütün tüstüsü damarların divarını mikro zədələyir.


Eləcə də ürəyə kofein və stress pis təsir edir.

Bu adamlarda tromb əmələ gəlməsi 2 dəfə artır, nəticədə insult və infarkt riski yüksəlir.

Gərgin stress, təlaş və ağır iş rejimində olan orqanizm tükənir və artıq stresə davamlı olmur.

Bunun üçün yuxu və istirahət rejimini qaydaya salmalı, piyada gəzməli və yüngül idmanla məşğul olmaq lazımdır.

Alkoqol, siqaret və stresi minimuma endirməlisiz.

Yaxşı, keyfiyyətli bir qəhvə müəyyən miqdarda ürəyin işinə yaxşı təsir edir, amma bu da gündə 2 fincandan artıq olmamalıdır.

Açıq havada sürətli templə gəzinti ürəyi və beyini oksigenlə doydurur.
Qanda qlükoza və xolesterinin miqdarını nəzarətdə saxlamaq lazımdır”.

Aygün Musayeva