Orqanizmi tozsoran kimi təmizləyən 5 qida

  • 2019.08.26 16:39
  • 26607 Baxış
Orqanizmi tozsoran kimi təmizləyən  5 qida

Pəhriz menyunuza əlavə edəcəyiniz bu qidalar sayəsində immunitet sistemi güclənir, orqanlar daha sağlam fəaliyyət göstərir.
Medicina.az orqanizmi toksiki maddələrdən təmizləyən qidaların siyahısını təqdim edir.

 

 
Limon C vitamini və digər antioksidantlarla zəngindir. Tərkibindəki maddələ immunitet sistemini gücləndirir. Mütəmadi olaraq qəbul edildikdə, qaraciyər və öd kisəsi sağlamlığını qoruyur və həzm prosesini yaxşılaşdırır. Bir stəkan ilıq limonlu su sağlamlığınız üçün mükəmməl üsuldur.
 

Cəfəri
 İltihab əleyhinə komponentləri, yüksək antioksidantlar və flavonoidlər sayəsində böyrəkləri, qaraciyəri və mədə-bağırsaq sistemini təmizləyir.
 

Pomidor
C vitamini ilə zəngin olan pomidor ürək sağlamlığını qoruyur. Sərbəst radikalların zərərinin qarşısını almağa kömək edir. Güclü likopen mənbəyidir

 

Qulançar

 Sidik yolu infeksiyası və sidik kanalları vasitəsi ilə keçən bütün toksiki maddələrin xaric edilməsinə kömək edir. Sidikqovucu və sidik kisəsi daşının tökülməsinə yardım edir.

 
 Üzüm
 Həzmi və qaraciyərin fəaliyyətinin yaxşılaşdıran, qan və toxumaları təmizləyən və xolesterol səviyyəsini tənzimləyən antioksidantlarla doludur. Təzə və ya quru istehlak edə bilərsiniz. Şəkər probleminiz yoxdursa, gündə 1/2 ovuc kişmiş yeyə bilərsiniz.

 

Ayna Məmmədova Medicina.az