Ötən ay 25 nəfər dəm qazından zəhərləndi

  • 2020.12.02 11:44
  • 1119 Baxış
Ötən ay 25 nəfər dəm qazından zəhərləndi

Noyabr ayı ərzində dəm qazından 25 nəfər zəhərlənib.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, son bir ay ərzində şöbəyə müraciət edənlər arasında azyaşlılar da olub:

“Noyabr ayında xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 28 nəfər müraciət edib ki, onlardan 20 nəfər qəbul olunub. Qəbul edilənlərdən dördü azyaşlı olub. Onlardan dərman mənşəli allergik reaksiya ilə 12 nəfər qəbul edilib. İkisi şok vəziyyətində olub, lakin müalicə aldıqdan sonra evə buraxılıblar. Altı nəfər isə dərman zəhərlənməsi ilə qəbul edilib. Sirkə turşusu ilə altı nəfər müraciət edib, onlardan biri ölüb.

Spirtli içkidən zəhərlənmə ilə müraciət daxil olmayıb”.