Ötən ay 5 nəfər zəhərlənmədən ölüb

  • 2022.11.04 14:22
  • 1934 Baxış
Ötən ay 5 nəfər zəhərlənmədən ölüb
Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı oktyabr ayı ərzində müraciət edən 5 nəfər ölüb.

"Medicina" xəbər verir ki, KTM-yə zəhərlənmə ilə bağlı 828 nəfər müraciət edib. Onlardan 140-ı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.

Aygün Musayeva