Ötən ay ən çox bu xəstəliklərə görə müraciət olunub - Agentlik

  • 2021.09.16 10:09
  • 1060 Baxış
Ötən ay ən çox bu xəstəliklərə görə müraciət olunub -  Agentlik
Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə edilən müraciətlərin istiqamətləri açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Medicina.az -a verilən məlumata görə, müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.