Oturaq iş süd vəzi xərçəngini artırır - Alimlər

  • 2022.10.04 13:48
  • 1126 Baxış
Oturaq iş süd vəzi xərçəngini artırır    - Alimlər

Beynəlxalq elmi işçi qrupu oturaq və hərəkətsiz rejimin süd vəzi xərçəngi riskini artırdığını bildirib.


"Medicina" xəbər verir ki, qadınların daim fiziki məşq etməsi bu xərçəngin qarşısını ala bilər.

ABŞ, Avstraliya və Britaniya alimlərinin birgə elmi araşdırması 100 min qadını əhatə edib.

Onlardan 75 mini müəyyən yaşdan sonra süd vəzi xərçəngi ilə üzləşib.

Bundan öncə alimlər qidalanma və genetik təsir nəticə üzərində qalıblar.

Amma yeni elmi araşdırma fiziki hərəkətsizlik və aktivliyin təsirini də araşdırıb.

Məlum olub ki, fiziki aktivlik, idman, məşqlər həqiqətən süd vəzi xərçənginin bütün növlərinin qarşısını ala bilər.

Qadınlara hədtədə 2-3 dəfə 30 dəqiqəlik idman və fitnes tövsiyə olunur.

Aygün Musayeva