Oturmaqdansa ayaq üstdə dayanın – ALİMLƏR

  • 2023.11.04 17:40
  • 2031 Baxış
Oturmaqdansa ayaq üstdə dayanın  – ALİMLƏR

Oturaq iş və həyat tərzi diabet və ürək-damar xəstəlikləri yaradır.

Alimlər hətta oturaq işdə də bu riski azaltmağın yolunu tapıb.

“Medicina” xəbər verir ki, Finlandiya alimləri yeni elmi araşdırmalarının nəticələrini paylaşıb.
Tədqiqatda 64 kişi və qadın iştirak edib.

Bu adamların hamısı oturaq həyat tərzindən və metobolik sindromdan əziyyət çəkirdi.

Bu da II tip diabet riskini 2 dəfə artırır və ürək-damarları sıradan çıxarır.

4 həftə ərzində iştirakçılar biləklərində sutka ərzində addım və fiziki hərəkəti ölçən akselerometr gəzdiriblər.

Toplanan məlumatlar göstərib ki, iştirakçılar ayaq üstə nə qədər çox vaxt keçiriblərsə, onlarda şəkər və insulin göstəriciləri bir o qədər yaxşı olub.

Alimlər tövsiyə edir ki, əgər oturaq həyat keçirirsizsə, heç olmasa bu vaxtı ayaq üstə keçirin. Hər bir işi ayaq üstə görməyə çalışın.

Aygün Musayeva