Övladın düzgün böyüdüyünü göstərən əlamətlər: Bunlar yoxdusa, təhlükə var

  • 2020.08.22 15:05
  • 3834 Baxış
Övladın düzgün böyüdüyünü göstərən əlamətlər:  Bunlar yoxdusa, təhlükə var
Uşaq doğulduqdan sonra,1 yaşına kimi inkişafı necə olmalıdır?

Uşaqlar bir yaşına qədər sadalayacağım inkişaf xüsusiyyətlərini özündə göstərməlidir.

Doğulduqdan 3ayına qədər:

- günün çoxunu yatmaqla keçirir
- başını havada tutmağı bacarır
- insan üzünə diqqətlə baxır
- gözləri ilə hərəkət edən bir cismi izləyir
- səsə reaksiya verir
- anasını tanıyır
- tutma refleksləri mövcuddur
- özlüyündə səslər çıxarır

3 aydan 6 aya qədər olan inkişaf:

- dəstək alaraq oturmağı bacarır
- uzaqda olan bir əşyanı götürmək üçün reaksiya verir
- onunla oynadıqda əylənir
- əşyaları ağzına salır
- içdən gülür və böyüklərin hərəkətlərinə gülərək reaksiya verirlər
- itən oyuncağını axtarır
- qucaqda olmağı xoşlayır

6 aydan 9 aya qədər olan inkişaf:

- dəstək almadan az bir müddətdə olsa da oturur
- beli üstə yatırsa, çevrilib üz üstə də yatmağı bacarır
- bir əşya və ya tanıdığı insana doğru iməkləyə bilir
- güzgüdə özünü tanıyar və özü ilə güzgüdəki fərqi anlayar
- əşyanı bir əlindən digər əlinə keçirə bilir
- adını eşidəndə dönüb baxar
- özünə görə oyunlar qurur (alqışlama)
- ailə üzvlərini tanıyır. Yad insanlardan qorxa bilər.
- hecalar formasında səslər çıxarır.

9 aydan 12 aya qədər olan inkişaf:

- öz-özünə ayağa qalxa bilir
- iki əlindən tutduqda yeriməyi bacarır. Daha sonra isə bir əlindən də tutduqda koordinasiyasını tənzimləyə bilir.
- səs təqlid etmə vardır
- olmaz, al, ver, get, gəl komandalarını anlayır
- ətrafını kəşf etməyə başlayır
- böyüklərlə oyuna rahat qatıla bilir


MF İnkişaf Akdemiyasının Loqoped & Defektoloqu Nigar Qədirli
Əlaqə nömrəsi: 012 498 71 49
Mob. nömrə:+994 50 212 05 77