Çox balıq yemək faydalı deyil - İnfarkt riski var

  • 2017.10.14 12:07
  • 20376 Baxış
Çox balıq yemək faydalı deyil -  İnfarkt riski var
Dietoloqlar balıq yeyərkən bəzi vərdişlərin sağlamlığa ziyan verdiyini açıqlayıb.


Medicina.az xəbər verir ki, balıq ürək-damar xəstəliklərindən qoruyur. Tərkibindəki omeqa-3 sayəsində zehni açaraq yaddaşsızlıq və unutqanlığın qarşısını alır. Eyni zamanda, tərkibindəki kalsium sümükləri bərkidir.


Dietoloqların sözlərinə görə, balıq yeyərkən bəzi vərdişlər sağlamlığınıza zərər vurur. Aparılan araşdırma göstərir ki, həftədə 5 və daha çox balıq yeyənlərdə heç balıq yeməyənlərlə müqayisədə infarkt riski 30 faiz daha artıqdır.