Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaq ağrılarında kollagen faydalıdırmı?

  • 2023.08.03 17:45
  • 1794 Baxış
Oynaq ağrılarında kollagen faydalıdırmı?
Oynaq ağrılarının azaldılmasında, dəri sağlamlığının qorunmasında kollagen böyük rol oynayır.

Kollagen son illərdə populyarlıq qazandı, lakin hələ də hamı onun faydalarından xəbərdar deyil. Kollagen bədəndə ən bol zülaldır və dəridə, sümüklərdə və əzələlərdə çox olur.


“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, kollagenin qəbulunun artırılması oynaqlar arasında əlavə yumşaq dəstək yaratmağa kömək edə, sürtünməni və buna görə də ağrıları azalda bilər.

“!Kollagen zamanla qığırdaqların parçalanması riskini azalda bilər ki, bu da uzun müddətdə sağlam oynaqların və əzələlərin qorunmasında son dərəcə faydalı ola bilər.

Kollagen sümük sıxlığını, gücünü və quruluşunu artırmağa kömək edə bilər.

Nəticədə, həyatın sonrakı dövrlərində osteoporozun inkişaf riski, sınıq riski də azalır. Maraqlıdır ki, tədqiqatlar kollagen qəbulunun artmasının xüsusilə postmenopozal qadınlar üçün faydalı olduğunu göstərdi. Araşdırmalar göstərib ki, kollagen qəbulunu artıran qadınların sümük mineral sıxlığı artırmayanlara nisbətən yeddi faiz artıb”.

Günay Quliyeva