Özünə güvənsiz insanların gətirdiyi – 5 bəhanə

  • 2023.05.16 17:42
  • 1697 Baxış
Özünə güvənsiz insanların gətirdiyi   –  5 bəhanə
Güvənsizlik hissi olan insanlar həyatda dəyişikliklərdən qorxur və sabitliyi seçirlər. Ancaq uğur üçün dəyişiklik lazımdır. Uğura çatmamaq üçünsə bu insanların məşhur bəhanələri var.

“Medicina” xəbər verir ki, qeyri-müəyyənlikdən qorxu insanın inkişaf etməsinə, yeni şeylər sınamasına və məqsədlərinə çatmasına mane olan keyfiyyətdir. Psixoloqlar özünə güvənməyən insanları ən çətin insan tiplərindən biri adlandırırlar.


Onlar riskdən çəkinir və işdə səmərəsizdirlər, qərar qəbul etməkdə acizlikdən əziyyət çəkirlər və nəinki öz qabiliyyətlərinə şübhə edirlər, həm də başqalarına güvənməyib, onları geri çəkirlər.

Özünə güvənməyən insan öz yaxınlarına bu keyfiyyəti yoluxdurur.


Psixoloq Labkovskinin sözlərinə görə, əgər ana özünü sevmirsə, özünü qəbul etmirsə, öz komplekslərinin boyunduruğu altında yaşayırsa, o zaman qızı və ya oğlu da onun davranış modelini təkrarlamağa başlayacaq.

Psixoloq Stefan Falkın, belə insanların məşhur 5 bəhanəsini sadalayıb:

• “Hələ ki, vaxtım yoxdur. Daha vacib şeylər var”.

Əslində, bu, vaxt çatışmazlığı deyil, gələcək dəyişikliklər qorxusudur.

• "Bir dəfə cəhd etdim, amma alınmadı."

Özünə güvənməyən insanlar yeni bir şey sınamırlar.

  • “Bu axmaq fikirdir. Hər şey çox yaxşıdır."
Həddindən artıq etibarsız insan yeni təşəbbüsə sərt və laqeyd münasibət göstərdikdə, bu onun üçün açıq təhlükədir.

• "Başqalarına uyğun ola bilər, amma mənim üçün deyil."

Özünə güvənməyən insanlar öz unikallığını şişirtməyi sevirlər. Sanki onlara çox şeylər layiq deyil.

• "Bəlkə başqa bir şey fikirləşəsən?"

Adətən bu, dəyişiklikləri yavaşlatmaq və ya ondan qaçmağa cəhddir. Ancaq özünə güvənməyən bir insanın adətən təklif etdiyi alternativ fərqli, yeni bir şey olmayacaq.

Günay Quluzadə