Özünə vurduğu iynədən öldü

  • 2026.02.06 12:18
  • 207 Baxış
Özünə vurduğu iynədən öldü

Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

Medicina.az xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.