Özünü həkim kimi qələmə verib, uşaqları zorlayan kişi tutuldu - FOTO

  • 2021.04.17 13:33
  • 2474 Baxış
Özünü həkim kimi qələmə verib, uşaqları zorlayan kişi tutuldu -  FOTO
Uşaqlara qarşı cinsi zorakılıqda təqsirləndirilən 1967-ci il təvəllüdlü N.A adlı kişi həbs olunub.

O, 2015-2019-cu illər arasında Yaroslavl şəhərində özünü həkim kimi təqdim edərək azyaşlıları guya müayinə adı ilə soyunduraraq, cinsi hərəkətlər edərə şəkillərini çəkib.

Medicina.az xəbər verir ki, hadisənin üstü zərərçəkənlərdən birinin poliklinikada psixoloji müayinə zamanı etirafindan sonra açılıb.

Kişi cinayətlərini polikinika yaxınlığında kirayələdiyi və içərisini həkim otağı kimi dizayn etdiyi mənzildə həyata keçirib.

Onun neçə nəfərə qarşı belə hərəkət etdiyi araşdırılır.