Özünü klinik psixoloq kimi təqdim etdiyi üçün həbs olundu

  • 2026.01.19 16:05
  • 58 Baxış
Özünü klinik psixoloq kimi təqdim etdiyi   üçün həbs olundu


Türkiyəli tanınmış aparıcı, yazar və psixoloq Esra Ezmeci barəsində həbs qərarı verilib.

Medicina.az xəbər verir ki, buna səbəb İstanbul Beşiktaşdakı ofisindəki lövhədə "kliniki psixoloq" sözü istifadə etməsi olub.

Onun klinik psixoloq kimi təhsili, diplomu olmadığı üçün özünü kliniki psixoloq kimi təqdim etməsi qanunla qadağan idi.



İstanbul Cumhuriyyət Baş Prokurorluğunun iddianaməsi əsasında məhkəmə Ezmecini "icazəsi olmayan peşəni istifadə etmə" maddəsi ilə təqsirli bilib və barəsində 10 ay həbs cəzası qəbul edilib. Aparıcı hələ həbs olunmayıb.