Özünüzü yorğun hiss edirsiniz? - Bu qidalar enerjinizi artıracaq

  • 2022.10.24 10:00
  • 1409 Baxış
Özünüzü yorğun hiss edirsiniz? -  Bu qidalar enerjinizi artıracaq
Türkiyəli diyetoloq Tuğba Küçük enerjimizi artıran qidaları açıqlayıb.


Bakupost.az həmin qidaları təqdim edir:


C VİTAMİNİ

İçki olaraq bir stəkan təzə sıxılmış portağal suyu içə bilərsiniz. B və C vitaminlərinin bu qarışığı sizi gün ərzində ehtiyac duyacağınız enerjinin böyük hissəsini təmin edəcək. Kivi, kök, armud, cəfəri kimi qidaların da faydası var. Kivi C vitamini ilə zəngindir. Səhər və ya gün ərzində yeyilən bir kivi enerji verir və maddələr mübadiləsini canlandırır.


ƏZƏLƏLƏR ÜÇÜN ƏSAS ENERJİ MƏNBƏYİ

Zülalın əzələlər üçün əsas enerji qaynağı olduğunu ifadə edən diyetoloq "yüksək zülallı" və "tirozin"lə zəngin olan qidaların norepinefrin və dopamini artırdığını, motivasiya və ayıqlıq verdiyini deyib. Bununla belə, mal əti və yumurta kimi zülal qaynaqlarının tez-tez qəbulu pis xolesterini yüksəldə bilər. Bunun əvəzinə alternativ protein, məsələn, dərisiz toyuq, lobya və s. yeməklərdən istifadə edə bilərsiniz.
Kompleks karbohidratlar bədənin əsas enerji mənbəyidir. Kifayət qədər enerji üçün nişastalı, taxıllı qidalar, tərəvəz və meyvələr yeyə bilərsiniz. Bundan əlavə, yuxu vərdişlərini tənzimləyən və əhval-ruhiyyəni yaxşılaşdıran serotoninlə zəngin olan kompleks karbohidratlı qidalar da qan şəkərinin səviyyəsini saxlamağa kömək edir.

Qatıq yaxşı bir protein mənbəyi olmaqla yanaşı, asan həzm olunur və həzmi asanlaşdıran probiotiklərlə zəngindir. İmmunitet sistemini gücləndirərkən xroniki yorğunluğa da yaxşı təsir göstərir.


Su texniki cəhətdən "qidalar" kateqoriyasında olmasa da, enerji və xroniki yorğunluqla mübarizənizdə ən böyük köməkçinizdir. Yorğunluq orqanizmin susuz qaldığını göstərən əsas göstəricidir. Bütün gün heç bir fiziki fəaliyyətlə məşğul olmasanız belə, tərləmə ilə su itirirsiniz. Bu suyu əvəz etmək üçün 8 stəkan su içməyə diqqət edin.


Sadə sudan başqa, kofeinsiz bitki çayları, meyvə şirələri və elektrolit əlavələri təmin edən idman içkilərindən (fiziki fəaliyyət zamanı) faydalana bilərsiniz.