Paket çaylar təhlükəlidir - ARAŞDIRMA

  • 2019.09.30 13:12
  • 4531 Baxış
Paket çaylar təhlükəlidir -  ARAŞDIRMA
Paket çayları insan orqanizmi üçün təhlükəlidir.


Medicina.az-ın xəbərinə görə, Kanadanın " McGill " Universitetində aparılan təcrübələr nəticəsində məlum olub ki, paket çaylar dəmlənən zaman suya milyonlarla mikro və nano plastik hissəciyin sızması hadisəsi baş verir.

Həyata keçirilən təcrübə haqqında ətraflı məlumat məşhur "Environmental Science and Technology" saytında yayımlanıb.

Yayımlanan məlumata görə, dəmlənən bir ədəd atma çay suya  11.6 milyard mikroplastik hissəciyi və 3.1 milyard nanoplastik hissəciyi ifraz edir. Mütəxəssislərə görə həmin rəqəmlər plastik qablarda satılan sular da daxil olmaqla digər yeyinti və qida məhsullarında olan hissəciklərdən daha çoxdur.


Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Ətraf mühitdəki  və insan orqanizmindəki plastik hissəciklərin yayılması risklərinin daha dərindən araşdırılması barədə göstəriş verib.