"Pandemiya bitib, lakin koronavirus..." - Hande Harmançı

  • 2023.05.09 16:36
  • 1619 Baxış
"Pandemiya bitib, lakin koronavirus..."    - Hande Harmançı
“Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”.

"Medicina" xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

“Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVID də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb.

Digər tərəfdən genomika araşdırmaları davam etdirilməlidir. Bildiyimiz qədəri ilə Azərbaycan da bu istiqamətdə tədqiqatlar aparır. Təbii ki, bundan sonra da yenə pandemiyalar olacaq. Prosesləri yaxından izləməliyik ki, gələcəkdə ortaya çıxa biləcək hər hansısa pandemiyalara vaxtında müdaxilə edə bilək”.

Hande Harmancı koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi zərurətinə də aydınlıq gətirib.

O bildirib ki, bununla bağlı qərarı hər bir ölkə müstəqil olaraq verir.